Data sahəsinin Data mühəndisliyi üzrə funksional sahə rəhbəri
ABB
Формат не указанАзербайджан
Описание вакансии
Görülücək işlər:
Data mühəndisliyi komandası üzvlərinə mentorluq etmək, onların peşəkar inkişafını və performansını dəstəkləmək;
Komanda üzvlərinin təlim ehtiyaclarını müəyyən etmək, inkişaf tədbirlərini və bilik paylaşımı təşəbbüslərini təşkil etmək;
Data mühəndisliyi üzrə keyfiyyət standartlarına, best practice-lərə və daxili prosedurlara riayət olunmasını təmin etmək;
İşə qəbul proseslərində iştirak edərək güclü data mühəndisliyi komandasının formalaşdırılmasına dəstək vermək;
Məhsul sahibləri və digər funksional komandalarla əməkdaşlıq etmək, Data Engineering chapter-ının kompetensiyalarının inkişafına töhfə vermək;
Vendorlar və tərəfdaşlarla əməkdaşlıq etmək, yeni texnologiya və trendləri izləmək;
Agile komandada aktiv iştirak etmək və komandaların uğurlu çatdırılmasını dəstəkləmək;
Analitik məlumat bazalarının və data pipeline-ların qurulması, tətbiqi və dəstəklənməsi üzrə texniki istiqamət vermək;
Data proseslərinin testləşdirilməsi, monitorinqi və problemlərin operativ həllinə ekspert dəstəyi göstərmək;
Müasir və innovativ data mühəndisliyi texnologiyalarının tətbiqinə rəhbərlik etmək;
Data arxitekturasının optimallaşdırılması istiqamətində texniki həllər təqdim etməkdir.
Bizim üçün uyğun namizəd:
Data Engineering sahəsində minimum 7 il, o cümlədən texniki liderlik, mentorluq və ya people leadership üzrə təcrübəyə;
Kompüter elmləri, Riyaziyyat, Statistika, Data Science, Ekonometriya və ya Data Analitikası üzrə ali təhsilə;
Data arxitekturası və onun qurulması üzrə güclü biliklərə;
Analitik məlumat bazalarının dizaynı, qurulması və data modelləşdirilməsi üzrə yüksək səviyyəli biliklərə;
DWH və datamartların qurulması və saxlanılması üzrə təcrübəyə;
ETL/ELT proseslərinin qurulması və idarə olunması üzrə biliklərə;
Python və SQL proqramlaşdırma dilləri üzrə yüksək səviyyəli biliklərə;
Big Data texnologiyaları və müasir data platformaları üzrə biliklərə;
İngilis dili üzrə yüksək səviyyədə biliklərə;
Güclü kommunikasiya, təqdimat və stakeholder management bacarıqlara;
Agile mühitdə işləmə təcrübəsi və komandada effektiv əməkdaşlıq bacarığına;
Analitik düşüncə və problem həll etmə bacarığına;
Vaxtın düzgün idarə olunması və tapşırıqların prioritetləşdirilməsi bacarığına;
Dinamik iş mühitində işləmək və təşəbbüskarlıq göstərmək bacarığına;
Texniki və biznes komandaları ilə effektiv işləmək bacarığına;
Kouçinq və mentorluq bacarıqlarına sahib olan şəxsdir.
Анонимная аналитика
Мы используем анонимную аналитику, чтобы улучшать поиск вакансий и работу сайта.